Məlikov baxdı, komandası məğlub oldu

18:51 7 Mart 2015

Türkiyənin PTT 1-ci liqasında XXIII turun oyunlarına start verilib.

 

 

 

Sportarena.az xəbər verir ki, Rail Məlikovun çıxış etdiyi "Dənizlispor" da növbəti matçına çıxıb. Komanda doğma azarkeşlər önündə "Alanyaspor"la qarşılaşıb.

 

Matç qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Rail bu qarşılaşmanı ehtiyat oyunçular sırasından izləyib. 

 

Qeyd edək ki, "Dənizlispor" turnir cədvəlində 18 xalla 17-ci pillədə qərarlaşıb.

 


Xəbər xətti