İsrafilovsuz "Qranada" qələbə qazandı

12:35 8 Mart 2015

İspaniya La Liqasında 26-cı turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasına namizəd futbolçu Eddi İsrafilovun komandası - "Qranada" da növbəti matçına çıxıb.

Sözügedən komanda doğma arenada “Malaqa” ilə üz-üzə gəlib. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. İsrafilovun adı yenə matçın iştirak ərizəsində yer almayıb.

Qeyd edək ki, “Qranada” hazırda 22 xalla turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.

 


Xəbər xətti