Subaşiç qalib, Cavid məğlub ayrıldı

19:15 8 Mart 2015

Türkiyə PTT 1-ci liqasında 23-cü turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiçin komandası - "Manisaspor" digər azərbaycanlı futbolçu Cavid İmamverdiyevli "Elazığspor"la qarşılaşıb.

Manisada keçirilən oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsiylə başa çatıb. Hər iki futbolçumuz start heyətdə meydana çıxıb. Subaşiç 66-cı dəqiqədə əvəzləndiyi halda, Cavid sonadək mübarizə aparıb.

Qeyd edək ki, "Elazığspor" hazırda 27 xalla 12-ci, "Manisaspor" isə 23 xalla 15-cidir.

 


Xəbər xətti