Aqil Məmmədov: "Hücumda çətinlik çəkirik"

23:05 8 Mart 2015

Azərbaycan Premyer Liqasının XXV turunda “Sumqayıt”ı  2-0 hesabı ilə məğlub edən “Qəbələ” turnir cədvəlində 4-cü pilləyə yüksəldi.

 

Sportarena.az xəbər verir ki, qonaqların baş məşqçisi Aqil Məmmədov oyun barədə fikirlərini bölüşüb:

"Birinci hissəyə çox pis başladıq. İkinci hissədə toparlanıb oyunda tarazlıq yaratdıq. Amma qol vura bilmədik. Müdafiədə yaxşı oynayırıq, hücumda isə çətinlik çəkirik. Bunun üzərində işləmək lazımdır. "Qəbələ"yə uğurlar arzulamaq istəyirəm".
 


Digər xəbərlər

Xəbər xətti