"Qarabağ" - "Xəzər Lənkəran" oyunundan sonra baş verən qalmaqal - VİDEO

23:34 8 Mart 2015

“Qarabağ” – “Xəzər Lənkəran” qarşılaşmasından sonra qalmaqallı anlar yaşanıb.

 

Sportarena.az xəbər verir ki, qarşılaşmanı tribunadan izləyən Lənkəran klubunun bəzi futbolçuları paltardəyişmə otağına gedərkən problemlə üzləşib. Polislər onları içəri buraxmaq istəməyib. Bu səbəbdən tərəflər arasında mübahisə yaranıb. Hətta "Xəzər Lənkəran"ın baş məşqçisi Elbrus Məmmədov da baş verənlərdən narahat olub, etirazını bildirib.

"Qarabağ"ın məşqçisi Müşfiq Hüseynov və kapitanı Rəşad Sadıqov isə tərəflərin sülhlə ayrılmasına nail olub.

 


Digər xəbərlər

Xəbər xətti