Həmyerlimiz derbidə 90 dəqiqə oynadı

00:27 9 Mart 2015

Türkiyənin PTT 1-ci liqasında XXIII turun oyunları keçirilir.

 

 

Sportarena.az хəbər verir ki, həmyerlimiz Cəmşid Məhərrəmovun çıхış etdiyi "Adanaspor" "Adana Dəmirspor"un qonağı olub.

 

Adana derbisində meydan sahibləri 1:0 hesablı qələbə qazanıb. Start heyətində yer alan Cəmşid 90 dəqiqə meydanda olub.

 

Qeyd edək ki, "Adanaspor" 23 turdan sonra 28 хalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.

 


Digər xəbərlər

Xəbər xətti