"Real"ın zədəlisi vacib oyun öncəsi hazır olacaq

14:55 9 Mart 2015

"Real Madrid"in aparıcı müdafiəçilərindən olan Serxio Ramos ümumi qrupla məşqlərə başlayıb.

 

 

Sportarena.az xəbər verir ki, Ramos "Şalke" ilə keçiriləcək Çempionlar Liqasının 1/8 final oyununa qədər tam hazır olacaq.

 

Madrid təmsilçisini bundan sonra "Barcelona" ilə çətin səfər matçı da gözləyir.

 

Ramosun yoxluğunda "Real"ın qeyri-qənaətbəxş çıxışı diqqət çəkir. Son olaraq "kral klubu" "Atletik"ə təslim olub 0:1.

 


Xəbər xətti