Mehdiyevsiz "Girəsunspor" darmadağın oldu

16:42 9 Mart 2015

Türkiyənin PTT 1-ci liqasında XXIII turun oyunları keçirilib.

 

 

Sportarena.az xəbər verir ki, Ayaz Mehdiyevin çıxış etdiyi "Giresunspor" da növbəti matçına çıxıb. Komanda səfərdə "Osmanlıspor"la üz-üzə gəlib.

 

Qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb. Həmyerlimizin adı bu matçın da iştirak ərizəsinə salınmayıb.

 

Qeyd edək ki, "Giresunspor" turnir cədvəlində 30 xalla 10-cu pillədə qərarlaşıb.

 


Digər xəbərlər

Xəbər xətti