Güləş qaydalarında dəyişikliklər ediləcək

17:51 9 Mart 2015

Yunan-Roma güləşi qaydalarında dəyişikliklər ediləcək.

 

Sportarena.az xəbər verir ki, bu barədə Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviç "Sport-Ekspress"ə müsahibəsində bildirib.

Serbiyalı funksioner deyib ki, martın sonlarınadək məsələyə baxılacaq və qərar veriləcək. O, artıq indidən testlərin aparıldığını əlavə edib: "Yunan-Roma güləşini daha baxımlı edə biləcək məşqçilərin ideyalarını praktiki yoxlayırıq".

Qeyd edək ki, Azərbaycanın yunan-Roma güləşi üzrə yığma komandası ötən ay Dünya Kubokunun qalibi olub.  

 


Xəbər xətti