"Kalyari" Zolanı klubdan göndərdi

18:22 9 Mart 2015

"Kalyari" klubu baş məşqçisi Canfranko Zola ilə yollarını ayırıb.

 

Sportarena.az xəbər verir ki, buna komandanın uğursuz çıxışı səbəb olub.

Komandanın A Seriyasının son 6 turunda cəmi 1 xal toplaması rəhbərliyi narazı salıb. Bu səbəbdən rəhbərlik 48 yaşlı mütəxəssislə yolları ayırmaq qərarına gəlib.

Qeyd edək ki, Zolanı "Kalyari"nin sabiq baş məşqçisi Zdenek Zemanın əvəzləyəcəyi gözlənilir. 

 


Digər xəbərlər

Xəbər xətti