Rəşad Abdullayevə ikinci zərbə öz klubundan gəldi

15:31 10 Mart 2015

Azərbaycan Premyer Liqasının XXV turu çərçivəsində “Bakı” ilə görüşdə  meydandan qovulan AZAL-ın futbolçusu Rəşad Abdullayev İntizam Komitəsi tərəfindən 3 oyunluq cəzalandırılıb.

 

 

 

Sportarena.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçinin cəzası bununla bitməyəcək.

 

Belə ki, AZAL klubunun rəhbərliyi də Abdullayevin son hərəkətinə biganə qalmaq fikrində deyil. “Təyyarəçilər” təcrübəli futbolçuya pul cəriməsi kəsəcəklər. Hələlik cərimənin məbləği müəyyənləşməyib.  

 

Paytaxt klubu İntizam Komitəsinin kəsdiyi 2000 manatlıq cərimə ilə razılaşsa da, 3 oyunluq cəzanı ağır hesab edir. Bu gün keçiriləcək iclasda İK-in qərarı müzakirə ediləcək. AZAL-ın apellyasiya şikayəti edəcəyi istisna olunmur. Klub rəhbərliyi cəzanın 3 oyundan 2 oyuna azaldılmasını istəyir.

 

Qeyd edək ki, AZAL-ın 2:0 hesablı qələbəsi ilə başa çatan görüşün 86-cı dəqiqəsində Rəşad Abdullayev rəqib futbolçunu söydüyü üçün meydandan qovulub.

 


Xəbər xətti