"Qarabağ" "Bakı" ilə kubok matçına hazırlaşır

13:10 11 Mart 2015

"Qarabağ" kubok üçün hazırlaşır.

 

Sportarena.az xəbər verir ki, ölkə kubokunun 1/4 final mərhələsində "Bakı"yla cavab görüşünə çıxacaq komanda hazırlıqlarını davam etdirir.

Ağdam təmsilçisi hər gün bir məşqlə kifayətlənir. Məşqlər komandanın bazasında keçirilir.

Qeyd edək ki, martın 13-də, "Bakı"nın təlim-məşq bazasının stadionunda baş tutacaq qarşılaşma 15:00-da start götürəcək. İlk oyunda "Qarabağ" 3:0 hesabıyla üstün olmuşdu.

 


Xəbər xətti