Fərid Quliyev: "Neftçi"də oynayarkən Arif Əsədovla problemlərim oldu"

15:52 11 Mart 2015

“Formamı itirməmək üçün “Şuşa”ya gəldim”.

 

 

Bu sözləri sportarena.az saytına açıqlamasında Azərbaycan milli komandasının sabiq üzvü, hal-hazırda “Şuşa Qarabağ”da forma Fərid Quliyev deyib.

 

Quliyev karyerasında eniş dövrünü yaşamasına da aydınlıq gətirərək ötən vaxtlarda Türkiyə klublarında yaşadığı problemlərdən və “Neftçi”də oyununun alınmamasından danışıb.

“Elə oldu ki, xidmətimə ehtiyac duymadılar. “Neftçi”də oynayarkən Arif Əsədovla problemlərim oldu. Sonradan gələn məşqçi Böyükağa Hacıyev mənə şans versə də, oyunum alınmadı. Türkiyə klublarından təkliflər oldu. Amma, orada da maliyyə məsələlərində problemlər çıxdı və mən də risk etməyərək vətənə qayıtdım”.

 

Quliyev, ona Premyer Liqa klublarından da təkliflərin olduğunu bildirib: “Güclü klublardan təkliflər var, amma bilirəm ki, ehtiyatda qalacam. Formamı itirməmək üçün “Şuşa”ya gəldim. Evdə oturmqdansa, gəlib “Şuşa”da forma geyməyim daha yaxşıdır (Gülümsəyir). Həm də bura evimə yaxındır və yaxşı münasibət var”. – deyə Quliyev bildirib.

 

 

Rahim Şaliyev

 


Digər xəbərlər

Xəbər xətti