Mahir Mədətov: "Ayntraxt"a keçməyi daha çox istəyirəm"

18:50 11 Mart 2015

Almaniyanın "Frankfurt" və "Ayntraxt" klublarının “Bakı” klubu və 19 yaşa qədər futbolçulardan ibarət Azərbaycan millisinin hücumçusu Mahir Mədətovla maraqlandığı haqqında məlumat vermişdik.

 

Mədətov sportarena.az saytına açıqlamasında məsələyə aydınlıq gətirib.

 

“Milli komandanın (U-19) Almaniyada toplanışı olacaq. Orada gəlib oyunuma baxacaqlar. Əgər bəyənsələr, müqavilə bağlanacaq. Mən “Ayntraxt”a keçməyi daha çox istəyirəm, amma, “Frankfurt”da oynamaq da pis olmaz”. – deyə Mədətov açıqlamasında bildirib.

 

 

Rahim Şaliyev 


Digər xəbərlər

Xəbər xətti