Dani Alveş PSJ ilə müqavilə imzaladı

23:40 11 Mart 2015

"Barselona"nın və Braziliya millisinin üzvü Dani Alveş PSJ ilə müqavilə imzalayıb.

 

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı İspaniyanın "Marka" qəzeti yayıb.

İspan həmkarlarımız müdafiəçinin həftə sonu "Rayo Valyekano"yla La Liqa matçından (6:1) öncə baş məşqçi Luis Enrikedən iki günlük icazə alaraq Parisə yollandığını və burda PSJ rəhbərliyilə üç illik müqavilə imzaladığını bildirib. Alveşin PSJ-də ilinə 9 milyon avro alacağı deyilir.

31 yaşlı futbolçu 2008-ci ildən "Barselona"nın şərəfini qoruyur.

 


Xəbər xətti