Van Persi Türkiyəyə qarşı oyunda forma geyə bilməyəcək

00:59 12 Mart 2015

Hollandiya millisinin "Avro-2016"nın seçmə mərhələsində  Türkiyə  və İspaniya ilə oyunları üçün heyəti açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, komandanın baş məşqçisi Quus Hiddink milliyə 28 futbolçu dəvət edib. Yığmanın aparıcı hücumçusu Robin van Persi zədəli olduğu üçün milliyə çağırılmayıb.

 

Qapıçılar: Eut (PSV), Bermeer ("Feyenoord"), Krul ("Nyukasl"), Silessen ("Ayaks")

Müdafiəçilər: Blind ("Mançester Yunayted"), Flar ("Aston Villa"), Bruma, Villems (hər ikisi PSV), Van der Vil (PSJ), Martins ("Portu"), Van Reyn, Feltman (hər ikisi "Ayaks"), Van Bek ("Feyenoord"), de Fray ("Latsio"), Yanmat ("Nyukasl")

Yarımmüdafiəçilər: Promes ("Spartak"), Haydjel de Yonq ("Milan"), Klasi ("Feyenoord"), Elia ("Sauthempton"), Vaynaldum (PSV), Sneyder ("Qalatasaray"), Afellay ("Olimpiakos")

Hücumçular: Aryen Robben ("Bavariya"), Huntelar ("Şalke"), Lyuk de Yonq, Depay, Harsinqx (hamısı PSV),Dost ("Volfsburq")

Qeyd edək ki, Hollandiya millisi "Avro-2016"nın seçmə mərhələsində martın 28-i Türkiyəni qəbul edəcək. Quus Hiddinkin komandası martın 31-i isə İspaniya millisi ilə yoldaşlıq oyunu keçirəcək.

 


Digər xəbərlər

Xəbər xətti