"Bavariya"da iki ciddi itki: Robben və Riberi sıradan çıxdı

01:16 12 Mart 2015

“Bavariya” iki ciddi itki ilə üzləşib.

 

 

Sportarena.az xəbər verir ki, Münhen klubunun yarımmüdafiəçiləri Aryen Robben və Frank Riberi Çempionlar Liqasının 1/8 final mərhələsinin “Şaxtyor”la cavab oyununda zədələniblər.

 

Hazırda davam edən və “Bavariya”nın 5:0 hesabı ilə öndə olduğu matçda Hollandiya millisinin üzvü qarşılaşmanın 19-cu dəqiqəsində zədələnərək, meydanı tərk etmək məcburiyyətində qalıb. Riberi isə, görüşün  58-ci dəqiqəsində zədələnərək əvəzlənib.

Robbenin vəziyyətinə sabah tibbi müayinədən keçdikdən sonra aydınlıq gələcək.

 

 


Digər xəbərlər

Xəbər xətti