"Bavariya" - "Şaxtyor" 7:0 - VİDEO

11:54 12 Mart 2015

Çempionlar Liqasının 1/8 final mərhələsinin növbəti cavab oyunları baş tutub.

 

 

Sportarena.az xəbər verir ki, “Bavariya” Donetsk “Şaxtyor”unu sınağa çəkib. Lvovda reallaşan ilk qarşılaşmada qapılara qol vurulmayıb. Görüşün favoriti Münhen klubu olsa da, Ukrayna təmsilçisinin belə asan təslim olacağını heç kəs gözləmirdi. Xosep Qvardiolanın yetirmələri rəqibinə divan tutub. Qarşılaşmada “Bavariya” 7:0 hesabı ilə “Şaxtyor”u darmadığın edərək 1/4 finala yüksəldi.

 

 

“Bavariya” (Almaniya) – “Şaxtyor” (Ukrayna) - 7:0

Qol: Müller, 4-pen; 52, Boatenq, 34, Riberi, 49, Badştuber, 63, Levandovski, 75, Götze, 88


Digər xəbərlər

Xəbər xətti