İbrahimoviç: "Çelsi" futbolçularına yazığım gəldi"

12:16 12 Mart 2015

Çempionlar Liqasının 1/8 final mərhələsinin “Çelsi” ilə cavab görüşündə qırmızı vərəqə alan PSJ-nin hücumçusu Zlatan İbrahimoviç hakimi günahlandırıb.

 

 

Sportarena.az xəbər verir ki, qarşılaşmanın 30-cu dəqiqəsində meydandan qovulan isveçli forvard həmçinin “Çelsi” futbolçularına da söz atıb.

 

O, görüşün baş hakimi Börn Keypersi zəif idarəçilikdə günahlandırıb: “Məncə, meydanda hakim yox idi. “Çelsi” futbolçuları bütün görüşü onun ətrafında keçirdilər. Mənim qırmızı vərəqə aldığım epizodda “Çelsi” futbolçularına yazığım gəldi. Ətrafımda sanki ağlayan 11 körpə var idi. Ancaq komanda yoldaşlarım ürəklərini meydanda qoydular və möhtəşəm uğur əldə etdilər”.

 

Qeyd edək ki, “Çelsi” – PSJ oyunu 2:2 hesabı ilə nəticələnib. İlk matçda 1:1 hesabı qeydə alındığından, Fransa təmsilçisi adını 1/4 finala yazdırıb.

 


Digər xəbərlər

Xəbər xətti