Tomas Müller Mario Qomesin rekorduna şərik oldu

12:22 12 Mart 2015

Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunu çərçivəsində “Alyans Arena”da “Şaxtyor”u 7:0 hesabı ilə damadağın edən “Bavariya”nın hücumçusu Tomas Müller üçün əlamtdar olub.

 

 

 Sportarena.az xəbər verir ki, komandasının böyükhesablı qələbə qazanmasında əsas simalardan olan 25 yaşlı futbolçu dubl (4-pen; 52-ci dəqiqə) edib.

 

2 qol vuran Müller “Ştutqart” və “Bavariya”nın sabiq forvardı və hazırda “Fiorentina”da forma geyinən Mario Qomesin rekorduna şərik olub. Hər iki oyunçu qitə miqyaslı ən nüfuzlu klub turnirdə 26 dəfə rəqib qapılarına yol topıb.

 

Qeyd edək ki, alman futbolçuları arasında Çempionlar Liqasının ən yaxşı bombardirlər siyahısında üçüncü yeri Mixael Ballak (16 top) tutur. Daha sonra onları 14 topla Miroslav Kloze və 13 qolla Karsten Yanker izləyir. Aktivdə 12 top olan üç oyunçu: - Marko Roys,  Mehmet Şoll və Bastian Şvaynştayger digər yerlərdə qərarlaşırlar.

 


Digər xəbərlər

Xəbər xətti