"Neftçi" AZAL-la oyuna bir itki ilə hazırlaşır

13:36 12 Mart 2015

Sabah Azərbaycan kubokunun ¼ final mərhələsinin cavab oyunları keçiriləcək.

 

Sportarena.az saytına klubdan verilən məlumata görə, ilk oyunda öz meydanında AZAL-la bərabərə qalmış “Neftçi” cavab qarşılaşmasına bir itki ilə hazırlaşır. Belə ki, Ernest Nfor hələ də zədəsini sağalda bilməyib.

 

Qeyd edək ki, “AZAL Arena”da oynanılacaq AZAL – “Neftçi” qarşılaşması sabah saat 15:00-da start götürəcək.


Digər xəbərlər

Xəbər xətti