Arif Əsədov: "4-5 il bundan öncə olan məsələlərə qayıtmaq istəmirəm"

13:46 12 Mart 2015

Daha öncə “Neftçi” klubunun sabiq futbolçusu Fərid Quliyevin komandada olarkən baş məşqçi Arif Əsədovla arasında problem olduğunu açıqladığını yazmışdıq.

 

Sportarena.az saytına açıqlamasında Əsədov məsələyə aydınlıq gətirməsə də, bəzi məqamlara üstüörtülü toxunub:

“Fərid Quliyev 4-5 il öncə “Neftçi”də olub. Onu komandaya mən gətirmişəm və ondan sonra da bir-neçə il keçib. “Neftçi”dən sonra başqa klublarda da oynayıb. Nə problem olduğunu deyə bilmərəm. Əlbəttə, hər bir futbolçu heyyətə düşməkdə çətinlik çəkə bilər. Artıq 4-5 il bundan öncə olan məsələlərə qayıtmaq istəmirəm”. –deyə Əsədov bildirib.


Digər xəbərlər

Xəbər xətti