Skarlatake sabah ilk oyununa çıxa bilər

14:11 12 Mart 2015

Sabah Azərbaycan kubokunun cavab oyunları çərçivəsində “Xəzər Lənkəran” öz meydanında “İnter”i qəbul edəcək.

 

“Xəzər Lənkəran” klubundan sportarena.az saytına verilən məlumata görə komanda “İnter”lə oyuna tam heyətlə hazırlaşır. Yalnız Antaliya toplanışı zamanı zədələnən Ruslan Cəfərov zədəlidir. Çoxdandır geri dönüşü gözlənilən Manuel Skarlatake bu oyunda 2015-ci ildə ilk oyununa çıxa bilər.

 

Qeyd edək ki, “Xəzər Lənkəran” – “İnter” qarşılaşması sabah Lənkəran şəhər stadionunda oynanılacaq. Görüşün start fiti saat 17:00-da səslənəcək.


Digər xəbərlər

Xəbər xətti