AZAL "Neftçi" ilə oyuna bir itki ilə hazırlaşır: İbakoye meydanda olacaqmı?

14:40 12 Mart 2015

Sabah Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək. AZAL ilk oyunda səfərdə qolsuz sülh bağladığı “Neftçi”ni öz meydanında qəbul edəcək.

 

Klubdan sportarena.az saytına verilən məlumata görə AZAl bu oyuna bir itki ilə hazırlaşır. Belə ki, ilk qarşılaşmada zədələnən Viktor İbakoye hələ də məşqlərə tam qoşula bilməyib. Lakin, onun sabahkı oyunda çıxış edə biləcəyi də istisna olunmayıb.

 

Qeyd edək ki, “AZAL Arena”da oynanılacaq AZAL – “Neftçi” qarşılaşması saat 15:0-da start götürəcək.

 

 


Digər xəbərlər

Xəbər xətti