Tərlan Əhmədov: "Meydana çıxdığımız hər oyunda iddialıyıq"

14:52 12 Mart 2015

Sabah Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək. AZAL ilk oyunda səfərdə qolsuz sülh bağladığı “Neftçi”ni öz meydanında qəbul edəcək.

 

Meydan sahiblərinin baş məşqçisi Tərlan Əhmədov oyun öncəsi sportarena.az saytına açıqlama verib.

Əhmədov, oyuna iddialı hazırlşdıqlarını və növbəti mərhələyə çıxmaq istədiklərini bildirib: “Meydana çıxdığımız hər oyunda iddialıyıq. Hazırlıq normal keçir. Çalışacayıq ki, qalib gəlib mərhələni keçən biz olaq”.

 

Tərlan Əhmədov oyunsonrası ola biləcək penaltilərə də hazırlaşdıqlarını bildirib: “Düzü, heç kim əvvəlcədən bilə bilməz ki, penaltilər olacaq, ya olmayacaq. Amma, biz hər kubok oyununda penaltilər üzərində məşq edirik. Çünki, kubok oyunlarının tələblərindən biri də penaltilər üzərində işləməkdir ki, bunu edirik”. – deyə Əhmədov bildirib.


Xəbər xətti