Təqvimdə dəyişiklik: 5 komandanın oyun vaxtı dəyişdirildi

15:08 12 Mart 2015

Çimərlik futbolu üzrə milli komandanın toplanışına görə, futbol üzrə Azərbaycan I Divizionunun təqvimində dəyişiklik edilib.

 

Sportarena.az xəbər verir ki, “Bakılı” və “Qaradağ Lökbatan” klublarının müraciətinə əsasən sözügedən klubların futbolçularının millinin toplanışına cəlb olunacağı nəzərə alınaraq, müəyyən dəyişiklik həyata keçirilib.

 

1. XIX turun “Rəvan” – “Bakılı” və “Energetik” – “Qaradağ Lökbatan” matçları 17 mart tarixindən 16 mart tarixinə keçirilib.

2. XX  turun “Bakılı” – “Qaradağ Lökbatan” oyunu 23 mart tarixindən 6 aprel tarixinə keçirilib. 

3. XXI turun “Bakılı” – “Zirə” matçı 28 mart tarixindən 14 aprel tarixinə keçirilib.  


Digər xəbərlər

Xəbər xətti