"İnter" Lənkərana itkisiz gəlib

15:58 12 Mart 2015

Sabah Azərbaycan kubokunun ¼ final mərhələsinin cavab oyunları çərçivəsində “İnter” səfərdə “Xəzər Lənkəran”la qarşılaşacaq.

 

 

Klubdan sportarena.az saytına verilən məlumata görə, ilk oyunda qalib olaraq (2:0) böyük üstünlük qazanan  “bankirlər”, bu oyuna tam heyətlə hazırlaşır. Heyətdə heç bir zədəli futbolçu yoxdur.

 

Qeyd edək ki, Lənkəran şəhər stadionunda keçiriləcək “Xəzər Lənkəran” – “İnter” qarşılaşması saat 17:00-da start götürəcək və oyun meydan sahibi klubun rəsmi internet saytından canlı yayımlanacaq.


Xəbər xətti