"Qəbələ" "Simurq"la matçda Dodonun xidmətindən məhrumdur

17:21 12 Mart 2015

Sabah Azərbaycan kubokunun ¼ final mərhələsinin cavab oyunları keçiriləcək. “Qəbələ” ilk matçda gözlənilmədən məğlub olduğu (0:3) “Simurq”dan səfərdə revanş alamağa çalışacaq.

 

 

Sportarena.az saytına “Qəbələ” klubundan verilən məlumata görə, komanda Zaqatalaya bir itki ilə gəlib. Dodo zədəsini hələ də sağalda bilmədiyndən, bu oyunu da buraxacaq.

 

Qeyd edək ki, Zaqatala şəhər stadionunda oynanılacaq “Simurq” – “Qəbələ” matçı saat 17:00-da start götürəcək.


Xəbər xətti