"Simurq"da Zərgərovdan başqa hamı kubok matçına hazırdır

17:57 12 Mart 2015

Sabah Azərbaycan kubokunun ¼ final mərhələsinin cavab oyunları keçiriləcək. Səfərdə “Qəbələ” üzərinə böyükhesablı qələbə qazanan (0:3) “Simurq” öz meydanında növbəti mərhələ şanslarını qorumağa çalışacaq.

 

 

Klubdan sportarena.az saytına verilən məlumata görə, meydan sahibləri bu oyuna itkisiz hazırlaşır. Heyətdə zədəli futbolçu olmasa da, Samir Zərgərov “Qəbələ” ilə matçı buraxmalı olacaq. Buna səbəb, futbolçunun sarı vərəqə limitini doldurmasıdır.

 

Qeyd edək ki, Zaqatala şəhər stadionunda keçiriləcək “Simurq” “Qəbələ” matçı saat 17:00-da start götürəcək.


Digər xəbərlər

Xəbər xətti