"Neftçi", "Qarabağ" və "Simurq" Azərbaycan Kubokunun yarımfinalına yüksəldi

19:01 13 Mart 2015

Bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək.

 

 

Sportarena.az xəbər verir ki, bütün görüşlər eyni gündə baş tutacaq.

 

Yarımfinalçıların adlarına aydınlıq gələcək dörd qarşılaşmadan ikisi paytaxtda, digər ikisi isə əyalətdə keçiriləcək. Belə ki, AZAL doğma publika önündə “Neftçi”ni qəbul edəcək. İlk oyunda qolsuz heç-heçəylə ayrılan komandaların dueli günün ən çox maraq kəsb edən matçlarından biridi.

 

Paytaxtda reallaşacaq digər qarşılaşmada “Bakı” ölkə çempionatının lideri “Qarabağ”la üz-üzə gələcək. Formal xarakter daşıyacaq oyunun taleyi ilk matçda həll edilib. Çünki Topaz Premyer Liqasının autsayderinin 0:3 hesablı məğlubiyyətin əvəzini çıxacağı inandırıcı görünmür.

 

Zaqatalada isə “Simurq” “Qəbələ”ni sınağa çəkəcək. İlk oyunda səfərdə böyük hesabla qalib gələn George Çixradzenin yetirmələri bu matça üstün çıxacaq. Yarımfinala vəsiqə üçün mübarizə aparacaq “Qəbələ” isə işini çox çətinə salıb.

 

 

Azərbaycan kuboku

1/4 final, cavab oyunları

13 mart (cümə)

15:00. AZAL – “Neftçi” 0:1

Qol: Vobay, 18

Hakimlər: İnqilab Məmmədov, Vaqif Musayev, Rahil Ramazanov, Elman Musayev

Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Əliyar Ağayev
AZAL Arena
İlk oyun – 0:0


15:00. “Bakı” – “Qarabağ” 1:4

Qollar: Nadirov, 15, 59, 70; Tağıyev, 57; Mədətov, 8; 

Hakimlər: Xəlil Xəlilov, Azər Əsgərov, Mehman Mahmudov, Yaşar Abbasov
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Orxan Məmmədov
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu
İlk oyun – 0:3

 

17:00. “Simurq” – “Qəbələ” 0:0

Hakimlər: Ramil Diniyev, Namiq Hüseynov, Kamran Bayramov, Munis Abdullayev
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Etibar Həsənov
Zaqatala şəhər stadionu

İlk oyun – 3:0

 


Xəbər xətti