Boks tarixinin ən bahalı görüşü baş tutacaq

13:01 13 Mart 2015

Son illərin ən yaxşı boksçuları olan Floyd Meyuezer və Menni Pakyao mayın 2-də Las Veqasda rinqə çıxmazdan əvvəl baxışıblar.

 

 

Sportarena.az xəbər verir ki, ABŞ-da 5 il davam edən danışıqlardan sonra boksçular rinqdə görüşməyə razılıq veriblər.

Qarşılaşmanın pul mükafatı 250 milyon dollardır. Bu, boks tarixinin ən bahalı görüşü olacaq. “Pak-Man” ləqəbli 36 yaşlı Filippin əsilli M.Pakyao deyib: “Allaha bizə bu fürsəti verdiyi üçün şükr edirəm. Hamı bilməlidir ki, Tanrı məni heç kim olduğum halda bu səviyyəyə gətirdi".

Məğlub olmamış "Pul" ləqəbli 37 yaşlı amerikalı F.Meyuezer isə bildirib: “Atama və mənə dəstək verən heyranlarıma təşəkkür edirəm. Sizin dəstəyiniz sayəsində bu səviyyəyə çatmışam. Əsrin qarşılaşması bizi gözləyir”.

Rəqiblər arasında əldə edilən razılaşmaya əsasən, F.Meyuezer mükafatın 60 faizini, M.Pakyao isə 40 faizini alacaq. Qarşılaşmanın biletləri 1500-7500 dollar arasında dəyişir.

 


Xəbər xətti