Şota Arveladze istefa verdi

11:00 14 Mart 2015

Türkiyə superliqası təmsilçisi "Kasımpaşa"nın baş məşqçisi Şota Arveladze istefa verib.

 

 

Sportarena.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, ölkə çempionatının 24-cu turunda "Konyaspor"la qarşılaşmadan sonra bu qərarı verdiyini açıqlayıb.

Gürcü mütəxəssis "Lig TV"yə açıqlamasında bildirib:

"Çox danışmaq istəmirəm. Mənim yerimdə kim olsa, eyni cür edərdi. Oyundan sonra klub rəhbərliyi ilə danışdım və istefa vediyimi açıqladım.  Hər kəsə uğurlar arzu edirəm".

Qeyd edək ki, son turda "Konyaspor"a 1:2 hesabı ilə uduzan "Kasımpaşa" hazırda turnir cədvəlində 29 xalla 9-cu pillədədir.

 


Digər xəbərlər

Xəbər xətti