Qvardiola Noyeri əsas heyətdən kənarlaşdırdı

11:55 14 Mart 2015

“Bavariya”nın qapıçısı Manuel Noyer də Almaniya Bundesliqasının XXV turunda "Verder"ə qarşı matçda forma geyinməyəcək.

 

 

Sportarena.az xəbər verir ki, bu haqda Münhen klubunun baş məşqçisi Xosep Qvardiola bildirib.

 

İspaniyalı mütəxəssis “musiqiçilər”lə görüşdə qolkiperə istirahət verəcək. Onun yerinə isə qapıda  Pepe Reynanın duracağı gözlənilir.

 

Qeyd edək ki, bu gün Bakı vaxtı ilə saat 18:30-da başlayacaq oyunda "Bavariya"nın 2 aparıcı futbolçusu - Aryen Robben və Frank Riberi də zədə səbəbindən qarşılaşmanı buraxacaq.

 


Digər xəbərlər

Xəbər xətti