Azərbaycan - Malta: Bilet satışı davam edir

12:42 14 Mart 2015

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində martın 28-də, saat 21:00-da, Tofiq Bəhramov adına  Respublika stadionunda keçiriləcək Azərbaycan – Malta oyununa bilet satışı davam edir.

 

 

Sportarena.az xəbər verir ki, biletləri Tofiq Bəhramov adına  Respublika stadionunun və "Bakcell Arena"nın kassalarında, həmçinin Üzeyir Hacıbəyli küçəsi 48 ünvanında yerləşən Bakcell Müştəri Xidmətləri mərkəzində əldə etmək mümkündür. Qarşılaşmanın biletlərinin qiyməti kateqoriyadan asılı olaraq 2, 4, 6 və 20 AZN-dir.

 


Xəbər xətti