"Real" Ramosla müqaviləni artırmaqdan imtina etdi

15:15 14 Mart 2015

"Real"ın ispaniyalı müdafiəçisi Serxio Ramosun müqaviləsi 2017-ci ildə bitəcək.

 

 

 

Sportarena.az xarici KİV-lərə istinadən xəbər verir ki, "kral" klubu 28 yaşlı futbolçu ilə müqaviləni artırmaqdan imtina edib. Danışıqların hələ də baş tutmaması futbolçunun burada qalmasını sual altına qoyur.

 

Qeyd edək ki, Ramos bu mövsüm çıxdığı 18 matçda 3 qolla yadda qalıb.

 


Xəbər xətti