Messi nəhayət ki, Ronaldonu qabaqladı - VİDEO

22:37 14 Mart 2015

“Barselona”nın argentinalı ulduzu Lionel Messi, “Elçe” ilə qarşılaşmada penltidən vurduğu qol ilə Qızıl Ayaqqabı yarışında “Real Madrid”in portuqaliyalı ulduzu Ronaldonu qabaqladı. Messi, oyunun ikinci hissəsində də fərqlənməklə Ronaldo ilə arasındakı fərqi 2-yə yüksəltdi.

 

Sportarena.az xəbər verir ki, 2015-ci ildə 17-cı qolunu vuran Messi Ronaldo ilə arasındakı 13 qolluq fərqi də inanılmaz şəkildə aradan qaldırmış oldu.

Ötən il Qızıl Ayaqqabı mükafatına Luis Suares ilə bərabər layiq görülən Ronaldo, mövsümə əla başlasa da, bu il 5 qol vurmağı bacarıb.

Qeyd edək ki, argentinalı ulduz futbolçu bu mövsümdə 39 oyunda 42 qol vurub.

 


Digər xəbərlər

Xəbər xətti