Yığmamız Rusiyaya məğlub oldu

11:55 15 Mart 2015

Martın 13-də Rusiyanın Sankt-Peterburq şəhərində kikboksinq üzrə Azərbaycan və Rusiya yığmalarının görüşü keçirilib.

 

 

Sportarena.az xəbər verir ki, Ümumilli Lider Heydər Əliyevin xatirəsinə və II Dünya müharibəsinin 70 illiyinə həsr olunmuş turnirdə K-1 qaydaları üzrə 5 çəki dərəcəsində 10 döyüş baş tutub.

Yarışda yekun hesab 6:3 hesabı ilə Rusiyanın xeyrinə başa çatıb, bir heç-heçə qeydə alınıb.

Rusiya Kikboksinq Federasiyasının birinci vitse-prezidenti Vadim Ukraintsev yarışdan əvvəl bunları bildirib:

“Azərbaycan yığması çox güclüdür. Siz burada bir nömrəli idmançıları görəcəksiniz. Əlbəttə ki, belə döyüşçüləri görmək gənclər üçün böyük stimuldur”.

 


Xəbər xətti