Yığmamızın rəqibi gerilədi

12:59 15 Mart 2015

Futzal üzrə milli komandaların reytinq siyahısı açıqlanıb.

 

 

Sportarena.az xəbər verir ki, cədvəldə ciddi dəyişikliklər baş verməyib.

 

AVRO-2016-nın seçmə oyunlarına hazırlaşan Azərbaycan yığması hazırda dünyanın 13-cü komandasıdı. Millimizin hesabında 1379 xal var.

 

Millimiz Avropa yığmaları arasında 7-cidi. AVRO-2016-nın seçmə mərhələsində yığmamızın rəqiblərindən olan Ukrayna dünyada 8-ci, Belçika 29-cu, Danimarka 58-ci yerdədi.. Sonuncular 1 pillə geriləməklə mövqeyini İngiltərəyə verib.

 

Qeyd edək ki, siyahıda planetin 98 millisi yer alıb. Daha 53 komanda isə son illərdə az oyun keçirdiyindən əlavə cədvələ daxil edilib.

  

Dünyanın ən güclü 20 millisi

1. İspaniya - 1922

2. Braziliya - 1910

3. Rusiya – 1741

4. İtaliya - 1716

5. Argentina – 1679

6. Portuqaliya - 1618

7. İran - 1611

8. Ukrayna – 1464

9. Çexiya - 1424

10. Kolumbiya - 1415

11. Yaponiya – 1401

12. Paraqvay - 1384

13. AZƏRBAYCAN – 1379

14. Rumıniya - 1337

15. Sloveniya – 1333

16. Xorvatiya - 1325

17. Serbiya - 1315

18. Tailand - 1295

19. Özbəkistan - 1269

20. Qvatemala -1241

 


Digər xəbərlər

Xəbər xətti