"Çelsi" öz meydanında xal itirdi - VİDEO

22:44 15 Mart 2015

İngiltərə Premyer Liqasında 29-cu turun oyunları keçirilib.

 

 

Sportarena.az xəbər verir ki, lider “Çelsi” doğma divarlar arxasında “Sautqempton”u qəbul edib.

 

Çempionlar Liqasında 1/8 final mərhələsində mübarizəni dayandıran “zadəganlar” bu dəfə ölkə çempionatında büdrəyib. Belə ki, Joze Morinyonun komandası evda xal itkisiylə üzləşib. Baxmayaraq ki, londonlular 11-ci dəqiqədə Dieqo Kostanın qoluyla hesabda önə keçsə də, 8 dəqiqə sonra qonaqlar bərabərlik qolunu vurub.

 

 “Çelsi” – “Sautqempton”  1:1

Qollar: Kosta, 11 - Tadiç, 19-pen

 


Digər xəbərlər

Xəbər xətti