Aleks: "Qarşılaşdığım ən istedadsız futbolçu Luqanodur" - MÜSAHİBƏ

00:38 16 Mart 2015

"Fenerbahçe"nin uzun illər kapitanı olmuş Aleks De Souza bir sıra sualları cavablandırıb.

 

 

Sportarena.az xəbər verir ki, braziliyalı sabiq futbolçu bir sıra maraqlı cavabları ilə diqqəti cəlb edib. 

 

- Oğlun Felipenin gələcəkdə futbolçu olmasını istərdinmi?

- Bu barədə danışmaq hələ tezdir. Təbii ki, qərarı özü verəcək. Əgər futbolçu olmaq üçün istedadı varsa, problem yaranmaz.

 

- Ən çox sevdiyin cizgi film qəhrəmanı hansıdır?

- "Walt Disney" kompaniyasının yaratdığı "Vinni Pux" obrazını çox sevirəm.

 

- Futboldan ilk qazandığın pula nə almısan?

- 1995-ci ildə futboldan əldə etdiyim vəsaitlə ailəmə mənzil aldım. Məncə, bir ay ərzində qazanılan pullrı başqasına vermək ən pis tendensiyadır. Yaşadığın ev üçün başqasına pul ödəmək və bunu üçün çalışb-vuruşmaq xoş deyil. Ailəmin belə durumda qalmaması üçün onlara ev aldım.

 

- Ən bəyəndiyin şəhər hansıdır?

- Braziliyada Kuritiba şəhəri.

 

- Hansı aktyorun filmlərinə baxmağı sevirsən?

- Al Paçinonun. "Xaç atası" filmini çox bəyənirəm.

 

- Ən sevdiyin yemək hansıdır?

- Feijoada. Bu yemək həm də xüsusi mədəniyyəti təmsil edir. Braziliya portuqalların koloniyası olanda burada aborigen hindular yaşayırdı. Bu yemək də yerli xalqın mətbəxindəndir. Türk yeməklərindən pide, lahmacunu xoşlayıram. Şirniyyatların da ayrıca ləzzəti var. Amma onları həmişə yeyə bilmirəm. Çünki çox şirin yemək orqanizmə zərərlidir. Mən də özümə baxmağa çalışıram.

 

- Ləqəbin nədir?

- Bir neçə ləqəbim var. "Yekə baş", "yekə ağız", "yekə dodaq". Yaxınlarımdan hərəsi birindən istifadə edir.

 

- Ən mülayim futbolçu olaraq kimin adını çəkərdin?

- "Qalatasaray"ın kapitanı Selçuk İnan ən sakit futbolçudur. Çox yaxşı insan və keyfiyyətli futbolçudur. Meydanda heç kimlə münqaişəyə girmir. Kobudluq etdiyi rəqibdən hər zaman üzr istəyir. Dava etmək üçün səbəb axtaran, təxribata meyilli futbolçuların tam əksidir.

 

- Ən sərt futbolçu?

- Türkiyədə Hürriyet Güçer. Türkiyədə onun çıxış etdiyi komanda ilə qarşılaşanda bədənimdə ən az 1-2 xəsarət izi qalırdı. Hürriyetlə mübarizənin 7-8 izi hələ də bədənimdədir.

 

- Tanıdığın futbolçulardan hansı ən zövqsüz geyinir?

- Diyeqo Luqano geyiminə heç diqqət yetirmir. Məsələn, bir firma ona sponsor olsa, bir il ərzində yalnız həmin firmanın geyimlərindən istifadə edir. Adi halda bir paltarı 2-3 il geyinir. Həm də xəsisdir. Qazandığı pulun 98%-ni xərcləmir. Luqano yeməyi də çox sevir. Hətta xoşladığı yeməkləri, ən yaxşı restoranları qeyd edir. Getdiyi hər ölkədə ən yaxşı restoranlar dəftərçəsində olur.

 

- Geyim seçimində ən zövqlü oyunçu kimdir?

- Stefan Appiah və Emre Belezoğlu.

 

- Ən "gopçu" komanda yoldaşın kim olub?

- Serhat Akın O, həmişə bir şey haqqında danışanda şişirtdiyini hiss edirdim. Məsələn, aldığı əşyaların qiymətini yüksək deyirdi. 100 lirəyə aldığı malın 150-200 lirə olduğunu iddia edirdi. Bəlkə də, qiymət məsələsində yanıla bilər və yanlış yadda saxlayar. Amma, ümumilikdə, hər şeyi şişirdib danışırdı.

 

- Bəs ən güvənilən futbolçu?

- Türkiyədə bu cəhətə görə xatirimdə qalan yoxdur. Braziliyada Sezar Zamparionu qeyd edərdim. Milli komandada da çıxış edib. Onun dediklərinə hər zaman inanmaq olar.

 

- Rastlaşdığın futbolçulardan ən qaradinməzi kimdir?

- Zafer Biryol. Zafer "Fenerbahçe"də 2 il oynadı. Amma bizimlə danışdığı 2 günü yadıma sala bilmirəm.

 

- Ən tənbəl futbolçu kimi göstərəcəyin biri varmı?

- Gökhan Gönül. Fiziki cəhətdən güclü və keyfiyyətli futbolçudur. Gökhanla 6 mövsüm eyni komandada çıxış etdim. Amma bir dəfə olsun ümumi məşqlərdən sonra onun meydanda qalıb əlavə hansısa element üzərində işlədiyini görmədim. Tutumu olduqca yüksəkdir. Üzərində daha çox çalışsa, indiki səviyyəsindən bir qədər də üstün görünərdi.

 

- Ən çalışqan futbolçu?

- Yenə Luqanonun adını çəkərdim. İstedadlı olmasa da, 18 illik futbol karyeramda ondan çox çalışan oyunçu görmədim. Luqano texniki cəhətdən zəifdir. bu boşluğu fiziki hazırlqla kompensasiya etməyə çalışır. Ümumiyyətlə, qarşılaşdığım ən istedadsız futbolçu Luqanodur.

 

- Ən pis qapıçı olaraq kimi görürsən?

- Sözün düzü, yaxşı olmayan bir neçə qapıçı görmüşəm. Renato adlı bir qapıçı vardı. Oyunda, topa reaksiya göstərməkdə çətinlik çəkirdi. Buna baxmayaraq, uzun müddət "Coritiba"da oynadı. Taffreli ən güclü qapıçı hesab edirəm. Birlikdə çıxış etdiyim qolkiperlərdən Volkan və Markosu çox güclü hesab edirəm. Amma Taffareli qüsursuz, mükəmməl qapıçı adlandıra bilərəm.

 

- Məşqçilərdən kumirin var?

- Bir sıra klubları çalışdıran və bir müddət öncə dünyasını dəyişən Enio Andradedir.

 

- Ümimiyyətlə, kimi özünə nümunə görürsən?

- Zikonu qeyd edə bilərəm. Mənim 35 yaşım var. Fikrimcə, mənimlə eyni nəslin nümayəndəsi olan 10 oyunçudan 1-i mütləq Zikonu kumiri hesab edir. "Flamengo"da, Braziliya millisində göstərdiyi oyunlar unudulmazdır. Dizində bir sıra problemlər olsa da, əla performans göstərə bilirdi. Meydandan kənarda nümunəvi ata, ailə başçısıdır. Zikoya böyük hörmətim var.

 

- Karyeran ərzində keçirdiyin oyunlardan hansında daha çox üzülmüsən?

- "Trabzonspor"la 2010-cu ildəki qarşılama. Həmin oyunda 10-15 qol vəziyyətindən yaralana bilməmişdik. Nəticədə çempionluğun taleyi Kadıköydə həll olundu və "Bursaspor" tarixində ilk dəfə Superliqanın qalibi oldu.

- Hansı qolunu hələ də unuda bilmirsən?

- Mənə görə "Qalatasaray"a başla vurduğum qoldur. "TT Arena"da ilk derbi matçı idi. "Qalatasaray"a kubok görüşündə cərimə zərbəsindən də gözəl top vurmuşdum.

 


Digər xəbərlər

Xəbər xətti