Nazarov oynamadı, komandası qalib gəldi

13:19 16 Mart 2015

Almaniya 2-ci Bundesliqasında 25-ci turun oyunları keçirilib.  

 

Sportarena.az  xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Dmitri Nazarovun şərəfini qoruduğu “Karlsrue” də növbəti oyununa çıxıb.   Sözügedən komanda səfərdə "İnqolştadt"la üz-üzə gəlib. Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb. Millimizin üzvü matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib.   Qeyd edək ki,  “Karlsrue” 43 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. 


Digər xəbərlər

Xəbər xətti