AZAL məşqləri intensivləşdirdi

15:38 16 Mart 2015

Azərbaycan Premyer Liqasının XXVI turunda “Xəzər Lənkəran”ı qəbul edəcək AZAL oyunun hazırlığını davam etdirir.

 

 

Sportarena.az xəbər verir ki, “təyyarəçilər” cənub klubu ilə görüşə itkilərlə çıxacaqlar.

 

“Bakı” ilə çempionat oyununda meydandan qovulmasına görə 3 oyunluq cəzalandırılan Rəşad Abdullayev bu görüşdə iştirak etməyəcək. Bundan əlavə, zədəli Viktor İbekoyi də “Xəzər Lənkəran”la matçı buraxacaq. İbekoyi ən yaxşı halda, XXVII turda “Simurq”la keçiriləcək oyunda meydana çıxa bilər. Bununla belə, onun həmin görüşdə iştirak edəcəyi də hələ dəqiqləşməyib. Hər şey futbolçunun bərpa prosesinin gedişatından asılıdı.

 

Komandanın digər üzvləri ilə bağlı isə problem yoxdu. Baş məşqçi Tərlan Əhmədov bu gündən məşq prosesini intensivləşdirəcək.

 

Qeyd edək ki, AZAL – “Xəzər Lənkəran” matçı martın 18-də, saat 16:00-da keçiriləcək. 

 


Digər xəbərlər

Xəbər xətti