“Ağlımı itirməsəm, heyətdə sürpriz olmayacaq”

16:14 16 Mart 2015

“Barselona” ilə oyunun heyətini qurmuşam. Amma onu indidən açıqlamaq fikrindən deyiləm”.

 

 

Sportarena.az xəbər verir ki, bu sözləri Madrid “Real”ının baş məşqçisi Karlo Ançelotti deyib.

 

İtalyan çalışdırıcı “El-Klasiko” öncəsi açıqlamasında maraqlı fikirlər səsləndirib. Düşündüyü heyəti dəyişməyəcəyini bildirən Ançelotti “Barselona” ilə oyuna adi qaydada hazırlaşdıqlarını əlavə edib: “Bu həftə bizim üçün ağır olmayacaq. Çünki “Barselona” ilə matça əvvəlki görüşlərə olduğu kimi, hazırlaşırıq. Bu oyunu şişirtmək lazım deyil. Heyəti artıq fikirləşmişəm. Əgər ağlımı itirməsəm, sürpriz olmayacaq. Mən düşündüyüm heyəti tez-tez dəyişən məşqçilərdən deyiləm. Turnir cədvəlində “Barselona”dan geridəyik. Bu isə o deməkdi ki, mütləq səfərdən qələbə ilə qayıtmalıyıq”.

 

Qeyd edək ki, La Liqanın XXVIII turu çərçivəsində keçiriləcək “Barselona” – “Real” matçı martın 22-də baş tutacaq. 

 


Digər xəbərlər

Xəbər xətti