Səlahət Ağayev: "Malta ilə eyni gücdəyik" - MÜSAHİBƏ

17:40 16 Mart 2015

“İnter” klubunun və Azərbaycan milli komandasının futbolçusu Səlahət Ağayevin sportarena.az saytına müsahibəsi:

 

 

- Malta ilə oyunda Prosineçkinin sizə güvənəcəyi gözlənilir...

– Əvvəldən praqnoz vermək bir qədər düzgün deyil. Hər bir futbolçu istəyir ki, milli komandada oynasın. Məndən başqa da qapıçılar var ki, milliyə layiqdir. Kamran Ağayevin çağrılacağına əminəm, amma, digər qapıçıları deyə bilmərəm... Bəlkə heç mən də dəvət olunmadım. Əsas heyyətdə olsam əlimdən gələni etməyə çalışacam.

 

- Millimizin bu oyunda şanslarını necə qiymətləndirirsiz?

– İnsanlarda elə düşüncə var ki, Malta bizdən zəifdir. Mən belə düşünmürəm. Elə əsas rəqibimiz Maltadır. Malta ilə eyni gücdəyik. Çalışacayıq ki, qələbə qazanaq.

 

- Qarşıda “Qəbələ” ilə çətin oyun var...

– Premyer Liqada bütün oyunlar çətin olur. Komanda az olduğundan səviyyə fərqi də böyük deyil. Çempionluğa oynuyuruqsa xal qazanmağımız vacibdir. Başqa oyunlarda necə oynamışıqsa “Qəbələ” ilə oyunda da eynisini sərgiləməyə çalışacayıq.

 

– Kaxaber Sxadadze həm də Gürcüstan millisini çalışdıracaq. Bu klubun məşqlərinə, hazırlıqlara təsir edirmi?

– Hər şey öz qaydasındadır. Məşqlər normal davam edir. Əvvəlki kimi məşqləri davam etdiririk. Elə bir fərq görmürəm.

 

- “İnter” və “Simurq” komandaları arasındakı oyunların nəticələrinin əvvəlcədən razılaşdırıldığı haqqında şayələr gəzir...

– Belə bir şey olmayıb. Sonuncu oyunumuz da canlı yayımlandı. Oyuna baxıb hər şeyi aydın görmək olardı. Bunlar şayədən savayı bir şey deyil.

 

- Çempionluq və Avrokubok şanslarınızı necə qiymətləndirirsiz?

– “Qarabağ” bizdən 6 xal öndədir. Onları da, bizi də çətin rəqiblər gözləyir. Onlarla 2 oyunumuz qalıb. Həmin oyunlardan sonra hər şey bəlli olacaq.

 

- Çempionatın səviyyəsinin endiyi deyilir...

– Eniş ötən il oldu. Bu il zəif komanda yoxdur. “Bakı” əvvəlki illərə nisbətdə zəifləyib. “Xəzər Lənkəran”ı da zəif adlandırmaq olmaz. Bakıdakı bizimlə kubok oyununda yaxşı oynadılar. Sadəcə təcrübəsizdirlər, tez həvəsdən düşürlər. Elə bir komanda yoxdur ki, oyundan öncə 3 xal qazanacağımıza əmin olaq.

 

 

Rahim Şaliyev


Digər xəbərlər

Xəbər xətti