Maltanın millimizlə oyun üçün heyəti açıqlandı

18:16 16 Mart 2015

Martın 28-də "Avro-2016"nın seçmə mərhələsində Bakıda millimizin qonağı olacaq Malta yığmasının heyəti açıqlanıb.

 

 

Sportarena.az Malta Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, rəqibin baş məşqçisi Pietro Qedin yığmamızla oyun üçün 26 futbolçuya dəvət göndərib.

Qeyd edək ki, martın 25-də Gürcüstanla yoldaşlıq oyununda qüvvəsini sınayacaq Malta yığması 3 gün sonra seçmə mərhələ çərçivəsində Bakıda millimizlə üz-üzə gələcək.


 

Qapıçılar: Yustin Haber ("Birkirkara"), Henri Bonelyo ("Hibernians"), Endryu Hoq ("Kallon", Yunanıstan), Qlen Zammit ("Slima").

Müdafiəçilər: Andrey Agius, Kleyton Failla (hər ikisi "Hibernians"), Stiv Bezzina (“Balzan”), Stiv Borq, Conatan Karuana, Rayan Kamilleri (hamısı "Valletta"), Rayan Kamenzuli, Zak Muskat (hər ikisi "Birkirkara"), Yurgen Pisani ("Pieta").

Yarımmüdafiəçilər: Konor Borq, Stiv Pisani (hər ikisi "Floriana"), Roderik Briffa, Rayan Feneç (hər ikisi "Valletta"), Pol Feneç, Rouen Muskat (hər ikisi "Birkirkara"), Byorn Kristensen (“Hibernians”), Mark Skerri ("Slima").

Hücumçular: Endryu Kohen, Jin Pol Farruqiya, Yosef Mbonq (hamısı "Hibernians"), Alfred Effionq ("Qormi"), Andre Şembri ("Omoniya", Kipr).


Digər xəbərlər

Xəbər xətti