Azərbaycan çempionatı başladı

22:38 16 Mart 2015

Martın 15-də Respublika Şahmat Mərkəzində 14-18 yaşlı oğlanlar və qızlar arasında Azərbaycan çempionatına start verilib. 
 

 

Sportarena.az Azərbaycan Şahmat Federasiyasına istinadən xəbər verir ki, çempionat bütün yaş qruplarında dairəvi sistem üzrə keçirilir. Yarışda ümumilikdə 60 zəka sahibi çempion adı uğrunda mübarizəyə qoşulub. Bütün yaş qrupları üzrə birinci yeri tutan şahmatçılar dünya, ikinci sırada qərarlaşanlar isə Avropa çempionatlarına vəsiqə əldə edəcəklər.

Qaliblər qiymətli hədiyyələr, Gənclər və İdman Nazirliyinin diplomları, Azərbaycan Şahmat Federasiyasının medalları ilə təltif olunacaq.

 


Digər xəbərlər

Xəbər xətti