"Yuventus"da Pirlo şoku: "Borussiya" ilə matçı buraxacaq

23:38 16 Mart 2015

“Yuventus” “Borussiya Dortmund”la oynayacağı matçda Andrea Pirlonun forma geyə bilməyəcəyini açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, İtaliya klubu açıqlamasında bildirib ki, “Bu gün Pirlo müayinə olundu. Ultrason müayinəsi zədəsinin sağaldığını göstərir. Ancaq, “Borussiya Dortmund”a qarşı oynaya bilməyəcək”.

Açıqlamada Pirlo üzərində müalicənin davam ediləcəyi və A seriyasında həftəsonu oynanılacaq matça qədər hazır olacağı da bildirilib.


Digər xəbərlər

Xəbər xətti