Yığmamızın oyunu Ukraynada canlı yayımlanacaq

11:48 17 Mart 2015

Futzal üzrə yığma komandamızın Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Ukrayna ilə oyunu həmin ölkədə canlı yayımlana bilər.

 

 

 

Sportarena.az xəbər verir ki, bunu Ukrayna Futzal Assosiasiyasının prezidenti Sergey Vladko yerli mətbuata açıqlamasında deyib.

 

Qitə birinciliyi çərçivəsində millimizin yer aldığı qrupa sabah start veriləcək və bütün qarşılaşmalar Bakıda oynanılacaq. S. Vladko hədəflərinin ölkələrinə qrup birincisi kimi yollanmaq olduğunu bildirib: “Bizim missiyamız bəllidi: evə uğurlu nəticə ilə dönmək. Qrupun bütün oyunlarına yerli futbol federasiyasının rəsmi internet saytında baxmaq mümkün olacaq. Bizim Azərbaycanla görüşümüz isə ölkəmizdə də canlı yayımla təqdim edilə bilər. Ukrayna kanalı bizə kömək etməyə hazırdı. Azərbaycan tərəfi də bunun əleyhinə deyil. Hazırda danışıqlar davam edir”.

 

Qeyd edək ki, Azərbaycan – Ukrayna görüşü qrupun son turu çərçivəsində, martın 21-də keçiriləcək.

 


Xəbər xətti