AAAF Park-da möhtəşəm Novruz konserti keçirildi – VİDEO+FOTOLAR

14:01 17 Mart 2015

Qafqazın ilk FM stansiyası olan ANS ÇM-in təşəbbüsü, ANS Televiziyası və AAAF Parkın dəstəyilə ilə Xırdalanda möhtəşəm konsert təşkil edilib. Bayram konserti Xırdalan şəhərində yerləşən AAAF Park Yaşayış Kompleksində baş tutub.

Tədbir “Kəndirbaz” şou və “Pəhləvan” şousu ilə başlayıb. Şou həm uşaqlar, həm də böyüklər tərəfindən böyük maraqla qarşılanıb.

Daha sonra tədbir Novruzun gəlişini xəbər verən Bahar qızının salamlaması, Kosa və Keçəlin məzəli-duzlu zarafatları ilə davam edib. Maraqlıdır ki, ilk dəfə məhz bu tədbirdə Novruz ənənəsində yenilik edilib. Belə ki, adətən pay alan Keçəl və Kosa tədbir iştirakçılarına ANS Televiziyasından bayram xonçaları, tədbirdə çıxış edən müğənnilərə isə AAAF Parkdan “Bronz Kart” hədiyyə edib. Bu kart təqdim edilmiş müğənnilər AAAF Parkdan alacaqları evin dəyərindən 10% endirim, Yaşayış Kompleksimizdə sərfəli xidmət imkanlarından da yararlana biləcəklər. Konsertin aparıcısı Nigar Mahmudovaya da Kosa və Keçəl sürpriz edərək “Bronz kart” hədiyyə edib və bildirib ki, “dövlətimiz günü-gündən inkişaf edir. Biz və bizim timsalımızda ölkəmizin bütün Kosa və Keçəllərinə üz tutub deyirik ki, gəlin Novruz Bayramımızda hədiyyələr paylayaraq hər kəsi sevindirək”.

“Yurdumuza Bahar gəlir” adlı canlı konsert proqramını “Rövşən” Ritm Qrupu açıb. Tanınmış müğənnilər öz repertuarlarından milli-əhval ruhda mahnılarını ifa edib, xalqımızın bayramını təbrik edib, rəqs qruplarının ifasında maraqlı rəqs nömrələri göstərilib.

Konsertin balaca iştirakçılarına da sürprizlər edilib. Uşaqların ən sevimli televiziya personajı olan “Barni” konsertin bütün uşaqlarına “Bala dili” jurnalı və “Şar şou” hədiyyə edib və hər kəsin vaxtının əyləncəli keçirilməsi məqsədilə sonda illüziya şou da nümayiş etdirilib.

Konsertdən hazırladığımız videorereportaj və fotogörüntüləri sizə təqdim edirik:

 


Digər xəbərlər

Xəbər xətti