Karyerasında ilk məğlubiyyətdən sonra ölən boksçu

14:38 17 Mart 2015

Avstraliyalı boksçu Breydon Smit filippinli Con Vinsenton Moralde ilə döyüşdən sonra ölüb.

 

 

Sportarena.az xəbər verir ki, Asiya çempionluğu uğrunda döyüşən Smit məğlubiyyətdən sonra qalibi təbrik edib, sonra paltardəyişmə otağına gedib. Avstraliyalı orda özünü pis edib və huşunu itirib.

 

Smit xəstəxanaya yerləşdirilsə də, iki sutkadan sonra beyin silkələnməsindən dünyasını dəyişib.

 

23 yaşlı avstraliyalı idmançı ilk məğlubiyyətini alıbmış. Bundan əvvəlki 12 oyunun hamısında isə qələbə qazanmışdı.


Digər xəbərlər

Xəbər xətti